Kəlbəcərə yeni prokuror təyin edilib.
Turkustan.az xəbər verir ki, bununla bağlı Baş pokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini İsmayılov İlkin İsmayıl oğlu tutduğu vəzifədən azad edilib.
Digər əmrlə isə İ.İsmayılov Kəlbəcərin yeni prokuroru təyin edilib.
***
Cəlilabada yeni prokuror təyin edilib.
Turkustan.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin rəisi Məmmədov İlqar Gülənməd oğlu tutduğu vəzifədən azad edilib. Yeni əmrlə o, Cəlilabadın prokuroru təyin edilib.