Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın müharibəyə son qoymaq üçün Rusiya və Ukraynanın milli təhlükəsizlik müşavirləri səviyyəsində üçtərəfli görüş təklif etdiyini açıqladı.
Turkustan.az xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, Zelenski sosial media platformaları vasitəsilə jurnalistlərin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı suallarını cavablandırıb.
Zelenski ABŞ tərəfindən təklif olunan sülh planı üzərində işlərin davam etdiyini və Ukrayna nümayəndə heyətinin ABŞ-da danışıqları davam etdirdiyini bildirib.
Zelenski qeyd edib ki, danışıqlarda müzakirə olunan ən çətin məsələlər Ukraynanın ərazi bütövlüyü, təhlükəsizlik zəmanətləri, ölkənin yenidən qurulması üçün maliyyə dəstəyinin ayrılması və Zaporojye Atom Elektrik Stansiyasının idarə olunması olub.
Aytən Yaşar/ Turkustan.az