Rusiyanın Avropanı işğal etmək gücü yoxdur - Qabbard


ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard “Röyters” agentliyinin Rusiya Prezidenti Vladimir Putinin bütün Ukraynanı ələ keçirmək və keçmiş Sovet İttifaqına məxsus olan Avropanın bir hissəsini geri qaytarmaq niyyətində olduğu ilə bağlı məlumatını yalan adlandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə Qabbard özünün X səhifəsində yazıb.

“Siz Prezident Trampın sülh səylərini əngəlləmək üçün bu yalan hekayəni təbliğ edir və insanlar arasında isterika və qorxu yaradırsınız. NATO və AB-nin əslində istədiyi budur ki, ABŞ ordusunu birbaşa Rusiya ilə müharibəyə cəlb etsin.

Son bir neçə ildə Rusiyanın döyüş meydanındakı performansı, onun hazırda bütün Ukraynanı, xüsusən də Avropanı işğal etmək qabiliyyətinə malik olmadığını göstərir”, - o qeyd edib. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ