Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsində qalib gələrsə, dünya üçün yeni təhlükələr yaranacaq.
Turkustan.az xəbər verir ki, bunu siyasi icmalçı, professor Qulu Məhərrəmli bildirib.
Onun fikrincə, V.Putinin dekabrın 19-da keçirdiyi 5 saatlıq ənənəvi “Birbaşa xətt” proqramındakı çıxışından və suallara verdiyi cavablardan aşağıdakı qənaətlərə gəlmək olar:
“Birincisi, Ukrayna ilə heç bir sülh danışığı, güzəşt və saziş olmayacaq.
İkincisi, Ukrayna müharibəsini udsa, Vladimir Putin SSRİ-ni bərpa etməyə çalışacaq.
Üçüncüsü, Kreml sahibinin ABŞ Prezidenti Donald Trampla qəti anlaşması və əminliyi var ki, NATO Rusiyaya qarşı vuruşmayacaq, Vaşinqton Avropanı tək qoyacaq.
Dördüncüsü, Moskvanın Qərbdəki pullarının Ukraynaya verilməsinin (Avropa ilə) haqq-hesablnı çəkəcək.
Başqa qənaətlər də söyləmək olar, amma əsas nəticə budur ki, bu gün Putin Rusiyası dünyada sülh və dinc yaşayış üçün ən böyük təhlükədir!”. /Yeni Sabah/