Meta görüntü və video emalı üçün hazırlanmış Mango kod adlı yeni süni intellekt modeli üzərində işləyir.
Turkustan.az xəbər verir ki, bu barədə "The Tech Crunch" məlumat yayıb .
Meta şirkətinin süni intellekt üzrə rəhbəri Aleksandr Vanq, Meta şirkətinin baş məhsul direktoru Kris Koksla birlikdə şirkətin yenilənmiş inkişaf planını təqdim etdikləri daxili sual-cavab sessiyası zamanı modelin inkişafı barədə danışıb.
Mango-nun satışa çıxarılması 2026-cı ilin birinci yarısında yeni əsas dil modelinin - Avokadonun satışa çıxarılması ilə üst-üstə düşməsi planlaşdırılır.
Vanqa görə, Meta kodlaşdırma üçün mətn modelini təkmilləşdirməklə yanaşı, hər yeni tapşırıq üçün təlimə ehtiyac olmadan vizual məlumatları anlaya, düşünə, planlaşdıra və hərəkət edə bilən yeni nəsil süni intellekt modelləri inkişaf etdirmək niyyətindədir.
Aytən Yaşar/ Turkustan.az