“Ukraynanın Sum vilayətinin Rusiya ilə sərhədyanı kəndlərindən mülki əhalinin təxliyəsinə başlanılıb”.
Turkustan.az xəbər verir ki, bunu Sum vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov deyib.
“Sumının Krasnopolsk bölgəsindən əvvəllər evakuasiyadan imtina edən sakinlər təxliyə olunub. Onlar hazırda tranzit mərkəzindədirlər və lazımi yardımı alırlar. Sərhədyanı kəndlərin sakinlərinin evakuasiyası yeganə düzgün seçimdir”, – o bildirib.
Qeyd edək ki, dekabrın 20-də Rusiya Ordusunun Krasnopolsk rayonunun sərhəddə yerləşən Qrabovsk kəndini nəzarətə götürməsindən sonra 50-yə yaxın yerli sakinin Rusiyaya aparıldığı barədə xəbərlər yayılıb. /globalinfo.az/