Stiv Vitkoff ABŞ Prezidentinin Xüsusi Elçisi təyin olunmasından qısa müddət sonra Rusiya Prezidenti Vladimir Putin onunla görüşmək istədiyini bildirib.
Turkustan.az xəbər verir ki,The Wall Street Journal qəzetinin mənbələrinə əsasən, danışıqları asanlaşdırmaq üçün elçiyə vasitəçilər vasitəsilə xüsusi şərt çatdırılıb.
Məlumata görə, görüşün şərti Stiv Vitkoffun Rusiyaya Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri, diplomatik heyət və tərcüməçinin müşayiəti olmadan gəlməsi olub. Dəvətnaməni Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev vasitəsilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud çatdırıb.
Stiv Vitkoff Rusiya-Ukrayna münaqişəsinin həlli prosesində artıq Rusiyaya altı dəfə səfər edib. Onun ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə birlikdə Moskvaya son səfəri isə 2 dekabr tarixində baş tutub.
Aytən Yaşar/ Turkustan.az