Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində iştirak edə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə Kreml rəsmisi Dmitri Peskov bildirib.
O, İlham Əliyevin sammitdə iştirakının gözlənildiyini söyləyib.
Qeyd edək ki, ölkə başçılarının qeyri-rəsmi sammiti dekabrın 21-22-də Piterdə keçiriləcək. /axar.az/