Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfərə gedir.
Turkustan.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Nazeli Bağdasaryan məlumat yayıb.
Bağdasaryan bildirib ki, Nikol Paşinyan dekabrın 21–22-də işgüzar səfərlə Rusiya Federasiyasında olacaq.
“Dekabrın 21-də Sankt-Peterburqda o, Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında iştirak edəcək. Dekabrın 22-də isə MDB ölkələri rəhbərlərinin qeyri-rəsmi sammiti keçiriləcək”, - məlumatda deyilir. yeniavaz.com/