Juninyo niyə “Qarabağ”a qayıtmadı? - Qurbanov açıqladı


Bizim Juninyonu geri qaytarmağımız real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb.

Turkustan.az xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Teleqraf-a açıqlamasında deyib.

Qurbanovun sözlərinə görə, braziliyalı futbolçunun komandaya qayıtması üçün hər hansı addım atılmayıb:

“Mən onun "Sevilya"ya getməsini istəyirdim. Amma "Flamenqo" braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də buna görə oranı seçdi”.


MANŞET XƏBƏRLƏRİ