Baltikadan gələn səs-küy – 3-cü Dünya Müharibəsi BAŞLAYIR?!


NATO-nun Şərqi Avropada keçirdiyi genişmiqyaslı hərbi təlimlər Moskva tərəfindən ciddi narahatlıqla qarşılanıb.

Turkustan.az xəbər verir ki, Alyansın Baltik regionu və Skandinaviya ölkələri ətrafında həyata keçirdiyi son əməliyyatlar Rusiyanın "təhlükəsizlik sərhədlərinə təhdid" kimi qiymətləndirilir.

İyunun əvvəlindən etibarən NATO-nun ənənəvi BALTOPS 2025 adlı Baltik dənizi təlimləri start götürüb. Bu təlimlərdə onlarla döyüş gəmisi, qırıcı təyyarə və minlərlə əsgər iştirak edir. ABŞ, Böyük Britaniya, Almaniya və digər NATO üzvlərinin iştirakı ilə keçirilən manevrlərdə əsas məqsəd Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi koordinasiyanı gücləndirmək və "sürətli cavab vermə" bacarığını yoxlamaqdır.

Eyni zamanda Finlandiyada və Polşada keçirilən "Lively Sabre 25" və "Swift Response 25" adlı digər kritik təlimlərdə NATO hərbçiləri düşmən qüvvələri tərəfindən ələ keçirilmiş hava limanını yenidən nəzarətə götürmə ssenarilərini icra ediblər. Bu təlimlər, xüsusilə Rusiyanın 2022-ci ildə Ukraynanın Hostomel hava limanına etdiyi hücumun analoqu kimi qiymətləndirilir. /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ