Bu iki şərt yerinə yetirilərsə, Putin Qərblə danışıqlara razılaşacaq


Rusiya prezidenti Vladimir Putin iki əsas tələbin yerinə yetirilməsi şərti ilə ABŞ-ın ali rəhbərliyi ilə uzunmüddətli saziş bağlamağa hazırdır.

Turkustan.az xəbər verir ki, bunu məşhur israilli politoloq Yakov Kedmi deyib.

Onun sözlərinə görə, Rusiyanın Qərbə qarşı iki əsas tələbi hələ 2021-ci ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyinin məlum ultimatumunda formalaşıb. Sənəddə açıq şəkildə qeyd olunur ki, birincisi, NATO qüvvələrini 1997-ci il sərhədlərindən kənara çıxarmalı, ikincisi, Qərb ölkələri Rusiyanın daxili vəziyyətinə təsir etmək cəhdlərini tamamilə dayandırmalıdır.

ABŞ rəhbərliyi bu şərtləri yerinə yetirməyincə, Putin Qərbə və onun müttəfiqlərinə təzyiqləri azaltmaq niyyətində deyil. Ekspertin qeyd etdiyi kimi, bu tələblər tamamilə qanuni və əsaslıdır, çünki Rusiya öz milli təhlükəsizliyi məsələlərinə göz yuma bilməz.

Bundan əlavə, Kedmi vurğulayıb ki, Qərb elitası gec-tez Putinin bu şərtləri ilə razılaşmalı olacaq, çünki daxildə bir çox siyasətçilər Rusiyanın haqlı olduğunu və Qərbin Rusiyanın zəifliyindən istifadə edərək NATO-nu şərqdə əhəmiyyətli dərəcədə irəlilədiyi 90-cı illərdəki səhvini başa düşürlər./publika.az


MANŞET XƏBƏRLƏRİ