Rusiya ABŞ prezidenti Donald Trampla onun keçmiş müşaviri İlon Mask arasında mübahisəyə qarışmaq niyyətində deyil.
Turkustan.az xəbər verir ki, bu, ABŞ-ın daxili işidir, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə TASS-ın sualını cavablandırarkən vurğulayıb.
"Bu, ABŞ-ın daxili işidir. Biz buna heç bir şəkildə müdaxilə etmək və ya hər hansı bir şəkildə şərh vermək fikrində deyilik", - Kreml sözçüsü bildirib. “Biz əminik ki, ABŞ prezidenti bu vəziyyəti özü həll edəcək”.
Aytən Yaşar/ Turkustan.az