Jurnalist Bəxtiyar Səlimova ağır itki üz verib


Telejurnalist, hazırda “Türküstan” qəzetinin baş redaktor müavini Bəxtiyar Səlimova ağır itki üz verib. B.Səlimovun anası Niyar xanım Səlimova uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.

“Turkustan” ailəsi Bəxtiyar Səlimova, həmçinin, yaxınlarına Niyar xanımın vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Məlumat üçün bildirək ki, mərhum ananın 3-7 mərasimi şənbə günü – iyunun 7-də “Heydər” Məscidində olacaq.


MANŞET XƏBƏRLƏRİ