Zelenski Trampla G7 sammitində görüşmək istəyir


Bloomberg xəbər verir ki , Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki , Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla Yeddilik Qrupu (G7) sammiti çərçivəsində görüşməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, Yermak bildirib ki, “Bizim Vaşinqtona səfərimiz , xüsusən də Zelenski ilə Trampın Kanadada keçiriləcək G7 sammiti çərçivəsində görüşünə hazırlıq idi ”.

Yermak bundan əvvəl Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb . O, bir daha ABŞ-ı hava hücumundan müdafiə sahəsində Ukraynaya dəstəyi artırmağa çağırıb.

Bundan əvvəl Ağ Ev Milli Təhlükəsizlik Şurasının (MTŞ) keçmiş aparat rəhbəri Aleksandr Qrey demişdi ki, ABŞ mümkün qədər tez Ukrayna münaqişəsindən çıxmalıdır. Onun sözlərinə görə, Vaşinqton münaqişəni “qeyri-müəyyən müddətə” dəstəkləməyə davam edə bilməz.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ