Tramp elan etdi: İyunun 9-u Çinlə görüşürük


ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika və Çin nümayəndə heyətləri arasında ticarət danışıqları iyunun 9-da Londonda keçiriləcək.

Turkustan.az xəbər verir ki, bu barədə o, özünün Truth Social sosial şəbəkəsində məlumat verib .

"Xəzinədarlıq naziri Skott Bessant, ticarət naziri Hovard Lutnik və ABŞ-ın ticarət nümayəndəsi səfir Cemison Qrinin 9 iyun 2025-ci il bazar ertəsi günü Londonda Çin rəsmiləri ilə ticarət razılaşması ilə bağlı görüşəcəklərini elan etməkdən məmnunam"-deyə, Tramp yazıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ