Putin döyüşü davam etdirmək üçün vaxt qazanır - Zelenski


Ukrayna Rusiya tərəfindən növbəti cinayət hücumuna məruz qalıb, nəticədə 80 nəfər yaralanıb, 4 nəfər həlak olub. Lakin dünyada heç də hamı belə hücumları pisləmir. Ruslar müharibə təzyiqinin artmasının qarşısını almaq üçün daim dünyanı parçalamağa çalışırlar.

Turkustan.az xəbər verir ki,bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

"Rusiyanın adi şəhərlərə kinli zərbəsi. 400-dən çox pilotsuz təyyarə, 40-dan çox raket. Əhəmiyyətli hissəsi vuruldu. Amma hamısı yox. Və təəssüf ki, dünyada hamı belə zərbələri pisləmir. Putin də məhz bundan istifadə edir. O, döyüşü davam etdirmək üçün özünə vaxt qazandırır. Ruslar müharibənin qarşısını almaq üçün daima dünyanı parçalamağa çalışırlar. Diplomatiya işləməlidir, təhlükəsizlik təminatları olmalıdır, sülh bərqərar olmalıdır və bu, atəşkəs də daxil olmaqla, bunun baş verməsi və zərbələrin dayandırılması üçün Rusiyaya təzyiq etməliyik ”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ