Ərdoğan Qarabağ atlarının şousunu ayaqüstdə alqışladı - VİDEO


Türkiyədə VII Beynəlxalq Etnoidman və Mədəniyyət Festivalı keçirilib.

Turkustan.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin birinci xanımı Əminə Ərdoğan da iştirak edib.

Türkiyə lideri folklor qruplarının çıxışlarını maraqla izləyib, onların arasında Qarabağ atları ilə akrobatik atçılıq şousu da yer alıb.

Nümayiş zamanı atlılar Türkiyə və Azərbaycanın bayraqlarını qaldırıblar. Bu zaman Ərdoğan və xanımı Əminə Ərdoğan ayağa qalxaraq idmançılarımızı alqışlayıblar.

Qeyd edək ki, festival mayın 25-dək davam edəcək. Tədbirdə Qarabağ atlarının 6 çıxışı nəzərdə tutulub.



Bizim.Media


MANŞET XƏBƏRLƏRİ