Aeroport yolunun üstündə torpaqlar satışa çıxarıldı - Ucuz qiymətə...


Artıq illərdir ki, Bakıətrafı qəsəbələrdə torpaq sahələrinin satışı intensiv formada davam edir. Xüsusən, paytaxtda daha yaxın və infrastrukturu digərlərindən yaxşı olan Ramana, Əmircan, Biləcəri, Hövsan kimi qəsəbələrdə ev və torpaq satışı pik səviyyədədir. Bu tendensiya "aeroport yolu"nun üzərində özünü daha qabarış şəkildə göstərir.

Hazırda daşınmaz əmlaklarla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər olsa da, sözügedən qəsəbələrdə yerləşən torpaq və evlərə böyük tələbat var. Paytaxtın mərkəzi rayonlarında intensivləşən söküntüləri və rayonlardan Bakıya davamlı axını nəzərə alsaq, tendensiyanın hələ uzun illər davam edəcəyini demək çətin deyil. Bakının mərkəzinə yaxın olan qəsəbələrdə yerləşmə yerindən, sənədləşmə növündən və istifadə təyinatından asılı olaraq, müxtəlif qiymətə torpaqlar mövcuddur.

Yenisabah.az ən çox tələb görən başlıca qəsəbələrdəki torpaq qiymətlərini araşdırıb. Nəticələrə əsasən, bu qəsəbələrdə torpaq sahələrinin qiyməti minimum 15-20 mindən (1 sot) başlayır. Əlverişli ərazidə yerləşməsi, sənədlərinin və təyinatının qaydasında olması isə əmlakın dəyərini daha da artırır. Ümumi müşahidələrimiz onu göstərir ki, hazırda ən çox tələbat Hövsan, Ramana, Masazır və Biləcəri qəsəbələrindədir. Hövsan istiqamətində tıxacın olmaması, Masazır, Biləcəri və Ramana qəsəbələrinin isə metro qovşağına yaxın olması səbəbindən iş və təhsillə bağlı mütəmadi mərkəzə getməli olan vətəndaşlar daşınmaz əmlakı məhz buradan almağa üstünlük verirlər.

Lakin qarşımıza çıxan elanlar arasında olduqca ucuz təklif olunan torpaq sahələri də oldu. 1 sotu 3-10 min arası satışa çıxarılan belə torpaqlar ilk baxışda digərlərindən heç də fərqlənmir. Marağımızı cəlb edən nüansları öyrəmək üçün aidiyyəti realtorlara müraciət etdik. Onların bildirdiyinə görə, bu tip torpaqların ucuz olmasının başlıca 2 səbəbi var. Birincisi, ucuz təklif olunan torpaq sahələrinin sənədləşməsində olduqca ciddi problemlər mövcuddur və indiki şəraitdə, yeni qanunvericilik şərtlərinə əsasən, belə ərazilərdə ev tikmək müşkül məsələdir. İknci səbəb isə, torpaq sahəsinin əsas yollardan, sosial obyektlərdən (market, məktəb, baxça və xəstəxana kimi) xeyli uzaqda yerləşməsidir. Realtorların dili ilə desək, “bu torpaqların qiyməti elə budur”.


MANŞET XƏBƏRLƏRİ