TƏBİB-də nə baş verir? – Qurumun ləğvi üçün ilk addım…


Xəbər verdiyimiz kimi, Naxçıvanda Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TƏBİB) ləğv edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Qərar əsasən, TƏBİB-in tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.

Bu, ölkə üzrə də yeni anonsun xəbərçisi ola bilərmi? Azərbaycanda TƏBİB tamamilə ləğv ediləcək?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, səhiyyə sistemində çox ciddi problemlər var:

“Dəfələrlə demişəm ki, TƏBİB səhiyyə sistemində qeyri-müəyyənliyə gətirib çıxarır. Hazırda heç kim səhiyyədə baş verən problemlərlə bağlı məsuliyyəti üzərinə götürmür, yaxud vahid mərkəz yoxdur. Nəticədə Azərbaycanda vətəndaşların sağlamlıq vəziyyəti istiqamətində narahatlıqlar yaranır. Məsələn, Sabunçu xəstəxanasında gördüyüm bir şey məni təəccübləndirmişdi. Reanimasiya şöbəsinin bir neçə otağı TƏBİB-in tabeliyindədir, bir neçəsi Səhiyyə Nazirliyinin… Bu, nə deməkdir? Vətəndaşın biri TƏBİB, digəri nazirliyin otağında müalicə edilir. Bunların maddi-texniki bazaları, rəhbərlikləri, iş prinsipləri də müxtəlifdir. Təəssüf ki, TƏBİB Azərbaycan səhiyyə sistemində dərin böhran yaradır”.


MANŞET XƏBƏRLƏRİ