Tramp 2026-cı maliyyə ili üçün 163 milyard dollar ixtisar nəzərdə tutur


ABŞ-da Donald Tramp administrasiyası 2026-cı maliyyə ili üçün büdcə təklifində qeyri-müdafiə xərclərini 163 milyard dollar azaltmağı hədəfləyir.

Turkustan.az xəbər verir ki, Ağ Ev oktyabrın 1-də başlayacaq 2026-cı maliyyə ili üçün dövlət xərclərini ehtiva edən büdcə təklifini ABŞ Konqresinə təqdim edib.

Trampın ikinci dövrünün ilk büdcə təklifi sentyabrın 30-da başa çatacaq 2025-ci maliyyə ili ilə müqayisədə müdafiə ilə bağlı olmayan ixtiyari xərclərin 163 milyard dollar azaldılmasını nəzərdə tutur.

Qeyri-müdafiə ixtiyari xərclərinin söz mövzusu dövrdə 557 milyard dollara endirilməsi hədəflənir ki, bu da cari rüblə müqayisədə 22,6 faiz azalma deməkdir.

Büdcə təklifi Trampın xərcləri və siyasət prioritetlərini, o cümlədən iqlim dəyişikliyinə xərclərin azaldılması, müxtəliflik, bərabərlik və inklüziv layihələr, beynəlxalq yardım proqramları, federal təhsil proqramları, bəzi səhiyyə maliyyəsi, ətraf mühitin mühafizəsi və iqlim tədqiqatlarının maliyyələşdirilməsi və mənzil yardımı proqramlarını əks etdirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ