Avropa İttifaqı (Aİ) Komissiyasının baş sözçüsü Paula Pinho ABŞ-Ukrayna iqtisadi tərəfdaşlıq sazişini alqışlayıb və sazişin Aİ-yə namizəd ölkənin üzvlük prosesinə maneə törətməyəcəyini vurğulayıb.
Turkustan.az xəbər verir ki, Pinho gündəlik mətbuat konfransında ABŞ və Ukrayna arasında dünən əldə edilən iqtisadi ortaqlıq razılaşması ilə bağlı açıqlama verib.
Pinho razılaşmanı alqışlayıb və əlavə edib: "Müqavilə Ukrayna və Aİ-nin üzvlük prosesini nəzərə alır və bu, açıq-aydın çox vacib bir cəhətdir".
Sözçü bu razılaşmanın namizəd ölkələrdən biri olan Ukraynanın Aİ-yə daxil olma prosesinə mənfi təsir göstərməyəcəyini və bununla da Kiyev administrasiyasının bununla bağlı narahatlığının aradan qalxdığını bildirib.
Aytən Yaşar/ Turkustan.az