Həmas: Qəzza ilə bağlı razılaşmaya hazırıq


Həmas sözçüsü Qəzza ilə bağlı razılaşmaya hazır olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazır olduğunu təsdiqləyib və hazırda İsrail tərəfinin addımını gözləyir. Hərəkatın liderlərindən biri Abdel Rəhman Şadid müvafiq bəyanatla çıxış edib.

"Həmas təsdiq edir ki, o, İsrail girovlarının fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı saziş bağlamağa hazırdır və artıq bununla bağlı hərtərəfli təklifini təqdim edib. Lakin İsrail danışıqların uğuruna mane olur, indi top öz meydanındadır"-deyə, Şadid vurğulayıb. Onun çıxışı Əl-Cəzirə telekanalında yayımlanıb .

Fələstinin Həmas hərəkatı da İsraillə razılaşma çərçivəsində Qəzza zolağında 5 illik atəşkəs tələb etdiyini rəsmən təsdiqləyib.

"Aprelin 17-də biz razılaşma ilə bağlı vizyonumuzu təqdim etdik, o cümlədən regional və beynəlxalq səviyyədə zəmanət verilən beş illik atəşkəsi də təklif etdik. Lakin İsrailin baş naziri Benyamin Netanyahu hökuməti bizim təklifimizi rədd etdi və hərbi əməliyyatları dayandırmaqdan imtina etdi"-deyə, Şadid əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ