Türkiyə XİN: Onlar gəmiyə hücum ediblər


Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Malta sahillərində beynəlxalq sularda üzən “Vicdan” adlı gəmiyə hücum edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Keçəlinin açıqlaması belədir:

Malta Sahillərində Beynəlxalq Sularda Üzən Gəmiyə Hücumla əlaqədar: Azadlıq Donanması Koalisiyasına aid “Vicdan” adlı vətəndaşlarımızın Malta sahillərində beynəlxalq sularda üzərkən gəmisinə hücum edildiyi öyrənilib.

Gəmidə olan heyət və sərnişinlərin səhhətinin yaxşı olduğu məlum olub. Vətəndaşlarımızın təhlükəsiz yerə köçürülməsi üçün Maltanın səlahiyyətli orqanları ilə əməkdaşlıq çərçivəsində lazımi işlər aparılır. Biz beynəlxalq sularda üzmə azadlığını və dəniz təhlükəsizliyini təhdid edən mülki gəmiyə edilən bu hücumu qəti şəkildə pisləyirik.

Gəminin İsrail pilotsuz təyyarələri tərəfindən hədəf alındığı iddiaları var. Hücumun təfərrüatlarının ən qısa zamanda üzə çıxarılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi səylər göstəriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ