Ramiz Mehdiyevin villası satışa çıxarıldı: ŞOK QİYMƏT - VİDEO


Ramız Mehdiyevin villası satışa çıxarılıb. 8 milyon dollara satılan mülk onun malikanələrindən yalnız biridir.

Videoda gördüyünüz villa Tbilisi prospektində yerləşir və əmlak satışı saytlarının birində cəmi 8 milyon ABŞ dollarına satışa çıxarılıb.

“AzPolitika”ya mötəbər mənbələrdən daxil olan məlumata görə, bu dəbdəbəli və Azərbaycan standartlarına görə kifayət qədər bahalı hesab olunan villa Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə məxsusdur.

Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyev yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd edilir. Bunun mehdiyevlər ailəsinin maliyyə problemlərindən irəli gəlib-gəlmədiyini deyə bilmərik. Ancaq bir şey məlum reallıqdır ki, Azərbaycanda iri məmurlar vəzifədən atılan kimi, uzun illər qurub yaratdıqalrı ailə biznesləri, biznes imperiyaları da geriləməyə, ”çat verməyə” başlayır. Bu baxımdan R.Mehdiyevin və yaxınlarının da eyni mənzərə ilə üzləşdiyini istisna etmək olmaz.

Ancaq təbii ki, R.Mehdiyevin imkanları, malikanələri bir villa ilə məhdudlaşmır və bu, çoxsaylı mülklərin yalnız biridir. Bundan başqa mətbuatda Mehdiyevin “Bank BTB” də daxil olmaqla, böyük biznes şəbəkəsinə malik olduğu barədə çoxsaylı materiallar dərc olunub...

Azərbaycanda artıq çoxdandır ki, hansısa iri məmurun bahalı villası, on milyonlarla, yüz milyonlarla ölçülən varidatı, xaricdəki bank hesabları, biznesləri və s. heç kimi təəccübləndirmir. Bu cür maklikanələr, varidat, cah-cəlal sadəcə, Azərbaycanın sərvətlərinin R.Mehdiyevin və onun kimilərin cibinə axdığı barədə təsəvvürləri daha da gücləndirir.

Cəmiyyət isə artıq bunu adi hal, norma kimi qəbul edib. Sanki elə bu cür də olmalıdır. Kimsə də onlara “gözün üstə qaşın var” demir və yəqin ki, yaxın gələcəkdə də deməyəcək. Lakin buna baxmayaraq, maraqlı olan son zamanlar sabiq məmurların Azərbaycandakı malikanələrini, bizneslərini və s. satışa çıxararaq, xaricə üz tutması, pullarını xaricə çıxarmasıdır. Bu hala kifayət qədər tez-tez rast gəlinir və buna aid çoxsaylı nümunələr var. Belə görünür ki, belələri Azərbaycanda nə özlərinin, nə övladlarının, nə də nəvələrinin gələcəyini görmürlər, əvəzində Avropada, Amerikada Azərbaycandan oğurlanan milyonlarla sakit və qayğısız həyat sürməyə üstünlük verirlər...


MANŞET XƏBƏRLƏRİ