Tramp ABŞ-da bu tarixləri Qələbə günləri elan etdi


ABŞ prezidenti Donald Tramp noyabrın 11-i və mayın 8-ni I və II Dünya Müharibəsində Qələbə Günü elan edib.

Turkustan.az xəbər verir ki, Amerika lideri “Truth Social” jurnalında yazıb: “Mən 8 Mayın İkinci Dünya Müharibəsində Qələbə Günü və 11 Noyabrın I Dünya Müharibəsində Qələbə Günü kimi adını dəyişdirirəm”.

Veteranlar Günü 1918-ci ildə Antanta ilə Almaniya arasında Birinci Dünya Müharibəsinin bitməsini qeyd edən Compiegne Sülh müqaviləsinin bağlanmasının ildönümünə, noyabrın 11-nə düşür. İlkin olaraq Sülh Günü adlandırılan bayram 1926-cı ildə ABŞ-da digər milli bayramlar sırasına daxil edilib. 1954-cü ildə bu bayramın adı Müharibə Veteranlarının fəxri günü adlandırılıb.

8 May ABŞ-da yaddaqalan bir tarixdir - Avropada Qələbə Günü, lakin federal bayram deyil. Milli hərbi xatirə bayramlarına mayın son bazar ertəsi günü, amerikalıların Birləşmiş Ştatların indiyədək apardığı bütün müharibələrdə döyüş meydanlarında həlak olan həmvətənlərini xatırladıqları bir gün olan Xatirə Günü daxildir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ