İranın nüvə anlaşması üçün qətiyyət mesajı


İranın xarici işlər naziri Erakçi ABŞ-la danışıqların təxirə salınması ilə bağlı X sosial media hesabından paylaşdığı mesajda: "Omanlı və ABŞ-lı həmkarlarımızla birlikdə logistik və texniki səbəblərə görə danışıqların 4-cü raundunu təxirə salmağa qərar verdik" dedi.

Turkustan.az xəbər verir ki, iranlı nazir: "Danışıqlar yolu ilə həllə nail olmaq əzmimizdə heç bir dəyişiklik yoxdur. Əslində biz ədalətli və balanslı razılaşma əldə etmək üçün həmişəkindən daha əzmkarıq"-deyə, bildirib.


2018-ci ildə ölkəsini İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp mart ayında İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına və təhdidlərə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ