ABŞ: Biz Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacağıq


Birləşmiş Ştatlar bundan sonra Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda vasitəçi rolunda çıxış etməyəcək və hər iki tərəfdən ona necə son qoyulacağı ilə bağlı konkret ideyalar gözləyir.

Turkustan.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

"Dövlət katibi Marko Rubio da açıq şəkildə bildirdi ki, üslubumuz dəyişsə də, bu məsələyə töhfə vermək üçün metodologiyamız dəyişəcək, biz vasitəçi olmayacağıq. Dəyişikliyin xarakteri isə ondan ibarətdir ki, biz vasitəçi olmayacağıq, baxmayaraq ki, biz buna çox sadiq qalırıq və kömək edəcəyik və əlimizdən gələni edəcəyik.

O, bildirib ki, indi münaqişənin həlli ilə yalnız Rusiya və Ukrayna məşğul olmalıdır. "Hazırda onlar bu münaqişənin necə bitəcəyi ilə bağlı konkret ideyalar təqdim etməli və inkişaf etdirməlidirlər. Bu, onlardan asılı olacaq"-deyə, mətbuat xidmətinin rəhbəri əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ