ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Çinin Yer kürəsinin öz oxu ətrafında fırlanmasını yavaşlatdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, NASA nəticədə günlərin uzandığını bildirib.
Məlumata görə, bir günün müddəti 0,06 mikrosaniyə uzanıb. Yerin oxu isə Çinin məşhur Üç dərə bəndi vasitəsilə təxminən 2 sm dəyişib.
Alimlərin hesablamalarına görə, bənddəki suyun nəhəng həcmi planetin kütləsinin paylanmasını dəyişərək onun ətalət momentini artırıb./Globalinfo.az