Suriya İsrailin paytaxt Dəməşqdəki prezident sarayına hücumunu şiddətlə pisləyib və bunun Suriya dövləti və onun suverenliyinə qarşı təhlükəli eskalasiya olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Suriya Rəyasət Heyətinin bəyanatında deyilir ki, İsrailin hücumu qeyri-sabitliyi artıran və təhlükəsizlik böhranlarını dərinləşdirən “ehtiyatsız hərəkətlərin” davam etməsinin əksidir.
Bəyanatda bu cür hücumların Suriya xalqının birliyi və təhlükəsizliyini hədəfə aldığı vurğulanıb və beynəlxalq ictimaiyyət və ərəb ölkələrindən İsrailin bu təcavüzünə qarşı Suriyanın yanında olmağa, beynəlxalq hüquq və razılaşmalara əməl etməyə çağırılıb.
Aytən Yaşar/ Turkustan.az