Bakıda bu ərazidə söküntü başladı - Kompensasiya ilə razılaşmayanlar var - VİDEO


Bakının bəzi ərazilərində köhnə tikililərin sökülməsinə başlanılıb.

Turkustan.az İTV-yə istinadən xəbər verir ki, paytaxtın 20-ci sahə adlanan ərazisi, Çernyaxovski küçəsində artıq sakinlərin bir qismi köçürülür.

Lakin verilən kompensasiya ilə razılaşmayanlar da var.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, mövcud evlərin sökülməsi və ərazinin abadlaşdırılması planlaşdırılır. Artıq həmin ünvanlarda yerləşən 34 mənzil üzrə kompensasiya ödənilib.

Sakinlərin köçürülməsi təmin edilib.

Digər ərazilərdə yaşayan vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələrinin bağlanması və ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

Ətraflı süjetdə:


MANŞET XƏBƏRLƏRİ