ABŞ fikrini dəyişdi: Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edirik


ABŞ Rusiya və Ukrayna arasında vasitəçi rolundan hələ də imtina etmir, lakin münaqişənin həlli prosesində irəliləyiş olmasa, vəziyyət dəyişəcək.

Turkustan.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Fox News-un canlı efirində Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən, "Hazırda mövqeyimiz eyni olaraq qalır. Lakin, irəliləyiş olmasa, bu, dəyişəcək. Və bu dəyişiklik vasitəçi kimi fəaliyyətlərimizə aid olacaq" deyib.

"Lakin əgər iki tərəf arasında irəliləyiş olmasa, biz bu çərçivədə vasitəçi kimi kənara çəkilərdik"- Brus qeyd edib. O, müzakirənin ABŞ-ın rolunun dəyişdirilməsi ilə bağlı olacağını təsdiqləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ