Yaponiyanın Azərbaycandakı səfirliyi konsulluq xidmətlərini bərpa etdi


Yaponiyanın Azərbaycandakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini bərpa edib.

Turkustan.az xəbər verir ki, bu barədə informasiyanı səfirlik yayıb.

Daha əvvəl bildirilmişdi ki, Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməsini müvəqqəti olaraq dayandırmışdı. (Report.az)


MANŞET XƏBƏRLƏRİ