Fransa qırıcı təyyarələri BƏƏ-də İran dronlarını vurub.
Turkustan.az xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro bu barədə məlumat verib.
Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron "Şarl de Qoll" aviadaşıyıcısını Aralıq dənizinə göndərməyi tapşırıb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.
Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.
Bizim.Media