Trampdan ŞOK İDDA: İranın silah və raket imkanları nəzarətdən çıxdı


Donald Tramp Politico-ya verdiyi müsahibədə İsrail–ABŞ-ın İrana qarşı 28 fevralda başladığı birgə hücumdan sonra yaranan münaqişəyə münasibət bildirib.

Turkustan.az xəbər evrir ki, Tramp İranın silah və raket imkanlarının “tükəndiyini” iddia edərək qeyd edib ki, Tehran bir müddət raket hücumlarını davam etdirə bilsə də, ölkənin hərbi potensialı getdikcə zəifləyir. Onun sözlərinə görə, İran zərbə endirmək üçün mövcud imkanlarını itirir, ağır itkilər verib və raket buraxılış platformaları tükənmək üzrədir.

“Bizim limitsiz orta və yüksək səviyyəli sursatlarımız və oxşar avadanlıqlarımız var. Biz onları həm ehtiyatda saxlayırıq, həm də istehsal edirik”, – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, müdafiə şirkətləri lazımi təchizatı istehsal etmək üçün səfərbər olunub və fövqəladə vəziyyət təlimatları çərçivəsində fəaliyyət göstərirlər.

Yeni administrasiya ilə işləmək üçün gec olub-olmadığı ilə bağlı suala cavab verən Tramp bildirib: “Xeyr, hələ çox gec deyil. 49 yüksək vəzifəli İran lideri öldürülüb. Unutmayın ki, bu, olduqca dərin məsələdir. Yeni adlar ortaya çıxır. Çox insan bu işi istəyir və bəziləri kifayət qədər uyğun namizədlər ola bilər.”

Tramp həmçinin qeyd edib ki, münaqişə 4–5 həftə davam edə və ya bir neçə gün ərzində başa çata bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ