CNN: ABŞ və İsrail İran kürd müxaliflərini Tehrana qarşı istifadə etmək istəyir


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranda müxalifət kürdlərini silahlandırmaq və ölkədə üsyan qaldırmaq cəhdində ittiham olunur.

Turkustan.az xəbər verir ki,Amerikanın CNN televiziyasına danışan mənbələr Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İrandakı planları ilə bağlı iddialar irəli sürüblər.Mənbələr iddia edir ki, ABŞ administrasiyası İraq Kürdüstan Regional Hökumətinə (İKRH) sığınan İran müxalifət qrupları və İran kürd müxalifət nümayəndələri ilə hərbi dəstək verilməsi ilə bağlı fəal danışıqlar aparır.

İran kürd mənbəyi bəzi İran müxalifət silahlı qruplarının ölkənin qərbində hücumlar planlaşdırdığını və ABŞ və İsraildən dəstək gözlədiyini bildirib. Həmçinin, bölgədəki kürdlərin İsrail üçün "bufer zonası" yaratmaq məqsədilə İranda müəyyən bir ərazini ələ keçirmə ehtimalının da müzakirə edildiyi iddia edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ