İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiye rayonuna yeni hava hücumu həyata keçirib.
Turkustan.az xəbər verir ki, İsrailin Livana hücumları üçüncü gündür davam edir.İsrail təyyarələri "Hizbullahın qalası" kimi tanınan Dahiye bölgəsinə hava hücumu həyata keçirib.
Hücumdan sonra güclü partlayış səsi eşidilib və ərazidən tüstü qalxıb.
İsrail ordusu bu yaxınlarda Dahiyenin Hüreyk məhəlləsindəki bir binaya hücum etməklə hədələyib.
Aytən Yaşar/ Turkustan.az