Əfqanıstan hökumətinin sözçü müavini Həmdullah Fitrat Pakistanla münaqişənin heç vaxt ilk seçim olmadığını bəyan edib.
Turkustan.az xəbər verir ki,Kabildə fəaliyyət göstərən Tolo News telekanalının məlumatına görə, Fitrat mətbuat konfransında Pakistanla davam edən gərginlik barədə danışıb.
Onun sözlərinə görə, Pakistanın hücumları nəticəsində 110 nəfər həlak olub, 123 nəfər yaralanıb. Paktiya, Paktika, Host, Kabul, Nanqarhar, Kunar və Qəndəhar vilayətlərinə edilən zərbələr nəticəsində 350 ev qismən və ya tamamilə dağıdılıb, 8400 ailə isə didərgin düşüb.
Fitrat vurğulayıb ki, Pakistanla münaqişə Kabul hökuməti üçün heç vaxt prioritet seçim olmayıb.
Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Xavarəzmi isə bildirib ki, qarşı tərəfdə təxminən 150 pakistanlı əsgər öldürülüb, 35 təhlükəsizlik məntəqəsi hədəfə alınıb. O əlavə edib ki, hücumlar zamanı 28 əfqan əsgəri həlak olub, 42 hərbçi isə yaralanıb.
Aytən Yaşar/ Turkustan.az