İran lideri Xamenei üçün Tehranda üç günlük dəfn mərasimi keçiriləcək


ABŞ-İsrail hücumlarında öldürülən İran lideri Əli Xamenei üçün Tehranda üç günlük dəfn mərasimi keçiriləcək.

Turkustan.az xəbər verir ki,İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, İslam Təbliğat Şurasının rəhbəri Möhsün Mahmudi məsələ ilə bağlı məlumat verib. Mahmudi deyib: "Bu gecə İmam Xomeyni məscidində ölkə lideri Xamenei ilə vida mərasimi keçiriləcək".

İran rəsmisi tədbirin üç gün davam edəcəyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ