Əhmədinejadla bağlı müəmmalar: “Öldü” iddiasından sonra...


ABŞ-İsrail hücumu fonunda İranın sabiq prezidenti Mahmud Əhmadinejadla bağlı yayılan ölüm xəbərlərinə tərəfdarları münasibət bildirib.

Turkustan.az xəbər verir ki, hücum zamanı onun yaşayış evinin hədəf alındığı və həyatını itirdiyi iddia edilmişdi. Lakin bir neçə gün davam edən möhtəkirliklərdən sonra keçmiş prezidentin mətbuat katibi beynəlxalq ictimaiyyətə açıqlama verərək bu məlumatları təkzib edib: “Cənab Əhmədinejadın öldürüldüyü xəbərləri həqiqəti əks etdirmir. O, sağdır və təhlükəsiz yerdədir”.

ISNA-nın yaydığı məlumata əsasən, Mahmud Əhmədinejad ABŞ-İsrail hücumunda öldürülən İranın Ali Rəhbəri Ayətullah Xamnəi üçün başsağlığı mesajı yayımlayıb. O, mesajında hücumu “ağır və görünməmiş” adlandıraraq, həlak olanların ailələrinə və İran xalqına dərin hüznlə başsağlığı verib.

Mahmud Əhmədinejad 2005-ci ildə keçirilən prezident seçkilərində qalib gəlib və 2013-cü ilə qədər iki müddət bu vəzifəni icra edib./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ