Silahların və strateji materialların ixracı üzərində nəzarət səlahiyyəti Nazirlər Kabinetindən alına bilər.
Turkustan.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan "Müdafiə haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, sözügedən səlahiyyətin Nazirlər Kabinetindən alınması təklif olunur.
Qüvvədə olan qanunvericiliyə görə, Nazirlər Kabineti silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir. (Oxu.az)