General oğlunun həbsi haqda yeni qərar


General Cəbrayıl Usubovun beş milyonluq siqaret qaçaqmalçılığı cinayətində ittiham olunan oğlu Fərid Usubov məhkəmə qarşısına çıxarılıb.

Turkustan.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokuror təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasını istəyib.

Binəqədi Rayon Məhkəməsi ibtidai istintaqın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq təqdimatı təmin edib.

Qərara əsasən, Fərid Usubovun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, F.Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində işləyib. O, 2 ay əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

F.Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-mayor Cəbrayıl Usubovun oğludur.


MANŞET XƏBƏRLƏRİ