Tehran bölgədə tək qalır? – Gözlənilməz proses başladı


ABŞ-ın İrana mümkün hücum ehtimalının artması fonunda, Tehrana yaxın bəzi iraqlı fiqurlar İran İslam Respublikasından uzaqlaşmağa başlayırlar.

Turkustan.az xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.

Bildirilib ki, region ölkələrinin əksəriyyəti hazırda prosesin hansı istiqamətdə irəliləcəyini narahatlıqla gözləyirlər:

“Yəni ABŞ Prezidenti Donald Tramp hərbi müdaxilə ilə bağlı səsləndirdiyi təhdidləri gerçəkləşdirəcək, yoxsa yox. Belə bir addım atılarsa, bu, İran hakimiyyətinin mövqeyini daha da zəiflədə bilər.

Səddam Hüseyin rejiminin 2003-cü ildə devrilməsindən sonra İran İraq siyasətində dərin təsir əldə edib, partiya və silahlı qruplara dəstək verib. Lakin hazırda bəzi iraqlı oyunçular İranı “batmaqda olan gəmi” kimi görür və ona yaxınlığın öz maraqlarına və daxili sabitliyə zərər verə biləcəyindən ehtiyat edirlər”.

Məqalədə qeyd olunub ki, ABŞ-ın hücumu baş verərsə, İranın regional təsiri və ona yaxın qrupların, o cümlədən “Hizbullah” və husilərin mövqeləri zəifləyə bilər:

“Bununla belə, bu qrupların regiondakı ABŞ bazalarına cavab addımları ehtimalı var ki, bu da gərginliyi daha geniş miqyasda artıra və qlobal enerji bazarına təsir göstərə bilər”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ