Qışın bu çağında 500 sərnişin təyyarədə gecələdi


Münhen Hava Limanında güclü qar yağışı və logistika problemləri səbəbindən təxminən 500 sərnişin Lufthansa aviaşirkətinə məxsus reyslərdə gecəni təyyarədə keçirməli olub.

Turkustan.az xəbər verir ki, DPAnın məlumatına görə, 19 fevral cümə axşamı axşamı uçuş üçün minmə prosedurunu tamamlayan sərnişinlər əlverişsiz hava şəraiti səbəbindən havaya qalxa bilməyiblər və təyyarələr uçuş-enmə zolağında qalıb.

Uçuşa hazır vəziyyətdə olan təyyarələr terminalla birbaşa əlaqəli dayanacaq yerlərinin dolu olması və transfer avtobuslarının çatışmazlığı səbəbindən perrondan geri qayıda bilməyib. Nəticədə sərnişinlərin və ekipajın səhərə qədər təxliyəsi mümkün olmayıb.

Lufthansa sözçüsü bildirib ki, güclü qar yağışı sərnişinlərin minməsi başa çatdıqdan sonra uçuşların həyata keçirilməsini mümkünsüz edib. Hava limanının operatoru isə logistika çatışmazlıqları ilə bağlı təəssüfünü ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ