Yanvarın 27-də Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşetin dəvəti ilə Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan və Azərbaycanın səfiri Nəsimi Ağayev "Cənubi Qafqazda dönüş dövrləri: Azərbaycan və Ermənistan arasında tarixi sülh, Almaniyanın rolu və Avropanın yeni Şərq əlaqələri" adlı müzakirədə iştirak ediblər.
Turkustan.az armenpress-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Almaniyadakı səfirliyi məlumat verib.
Tədbirdə onlarla ekspert, parlament üzvü və media nümayəndəsinin də iştirak etdiyini bildirib.
Tədbir Münhen Lüdviq Maksimilyan Universiteti və Axen Universitetinin Beynəlxalq Əməkdaşlıq, Texnoloji Diplomatiya və Kommunikasiya İnstitutu tərəfindən təşkil olunub./yenisabah.az