Ermənistan Milli Parlamentinin sədri Alen Simonyan Qarabağ məsələsi ilə bağlı diqqətçəkən açıqlama verib.
Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, Simonyan “DW”yə müsahibəsində Qarabağ məsələsinin Ermənistan üçün “tələ” olduğunu bildirib.
“Bu, bir tələdir, biz bunu dəfələrlə bəyan etmişik. Bu, müstəqil Ermənistan üçün qurulmuş tələdir. Məqsəd Ermənistanın heç vaxt tam müstəqil olmaması idi. Eyni zamanda Azərbaycan da tam müstəqil olmayacaq, daim nəzarət və təsir altında qalacaqdı”, – deyə o vurğulayıb.
Simonyan əlavə edib ki, Qarabağ artıq bağlanmış mövzudur və Ermənistan bu məsələyə yenidən qayıtmamalıdır
“İnanıram ki, biz bunu artıq bəyan etmişik, Qarabağ bağlıdır və bu məsələyə bir daha qayıtmamalıyıq. Bu, yeganə düzgün yoldur”, – deyə parlament sədri bildirib.
O, həmçinin “tarixi Ermənistan” ideyasının axtarışının az qala “real Ermənistan”ın itirilməsinə gətirib çıxardığını qeyd edib.