Polşadan Trampa: Bu, Putinin arzusudur!


Polşanın Baş naziri Donald Tusk NATO-nun dağılma təhlükəsi, Rusiyaya qarşı sanksiyaların yumşaldılması və Ukraynaya yardımın dayandırılması kimi aktual məsələlərə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, o qeyd edib ki, bütün bunlar Rusiya Prezidenti Vladimir Putinin xəyal planı kimi görünür.

Baş nazir Tusk ABŞ-da fəaliyyət göstərən X sosial şəbəkəsində paylaşım edərək, bir sıra siyasi və iqtisadi proseslərin Rusiyanın strateji maraqları ilə üst-üstə düşə biləcəyini vurğulayıb.

Tusk paylaşımında yazıb: “NATO-nun dağılması təhlükəsi, Rusiyaya qarşı sanksiyaların yumşaldılması, Avropada böyük enerji böhranı, Ukraynaya yardımın dayandırılması və Macarıstanın Baş naziri Viktor Orbanın Kiyevə kredit verilməsinin qarşısını alması – bütün bunlar Vladimir Putin üçün xəyal planı kimi görünür”.

Digər tərəfdən, Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində Donald Tramp ABŞ-ın NATO-dan çıxma ehtimalını “nəzərdən keçirilməyəcək qədər” aşağı qiymətləndirib. O əlavə edib: “Mən həmişə onların kağız pələng olduğunu bilirdim və Putin də bunu bilir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ