Moldova MDB-dən çıxır - Parlament qanun layihəsini birinci oxunuşda təsdiqlədi


Moldova parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında sazişdən, ona bağlı protokoldan və Almatı Bəyannaməsindən çıxmasına dair qanun layihəsini birinci oxunuşda qəbul edib. Qərar parlamentdə keçirilən səsvermə zamanı dəstəklənib.

Turkustan.az xəbər verir ki, bu barədə Moldpres yazıb.

Mənbə qeyd edir ki, bu addım Kişineunun MDB ilə hüquqi bağlarını mərhələli şəkildə dayandırmaq xəttinin tərkib hissəsidir.

Moldova hakimiyyəti hesab edir ki, MDB artıq ölkənin maraqlarına cavab vermir və təşkilat öz təsis prinsiplərinə, o cümlədən üzv dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət prinsipinə əməl etmir.

Reuters daha əvvəl yazmışdı ki, Kişineu 2023-cü ildən bəri MDB-nin fəaliyyətində faktiki iştirak etmir və indi çıxışın hüquqi mexanizmini tamamlayır.

Qanun layihəsi hələ parlamentdə növbəti mərhələdən də keçməlidir./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ