Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...


Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Araqçının Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Ceyhun Bayramov bu barədə X sosial media hesabında paylaşım edib.

"Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, eləcə də iki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir. İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!" - nazir paylaşımda qeyd edib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Arakçı humanitar yardımlara görə Azərbaycana təşəkkür etmişdi.


MANŞET XƏBƏRLƏRİ