Ərdoğan əlamətlərin göründüyünü söylədi və yeni təhlükəyə diqqət çəkdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində Dövlət Su İşləri tərəfindən inşa edilən 563 obyektin açılış mərasimində çıxış edib.

Turkustan.az xəbər verir ki, prezident çıxışında su ehtiyatlarının strateji əhəmiyyətinə diqqət çəkərək bildirib ki, dünyada resurslar uğrunda rəqabət getdikcə daha da kəskinləşir. Onun sözlərinə görə, ötən əsrdə əsas mübarizə neft və karbon yanacağı üzərində qurulmuşdusa, qarşıdakı dövrdə bu rəqabət su ehtiyatları uğrunda aparılacaq.

Ərdoğan qeyd edib: “Ətrafımızda baş verən qızğın münaqişələrə baxdıqda, bunun ilkin əlamətlərini artıq görə bilərik”.

Prezident həmçinin vurğulayıb ki, su ehtiyatlarının düzgün idarə olunması və qorunması gələcək nəsillər üçün həyati əhəmiyyət daşıyır və bu sahədə həyata keçirilən layihələr ölkənin davamlı inkişafına xidmət edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ